Kafedə “Revolver” satarkən tutuldu
Respublikanın daxili işlər orqanları qanunsuz olaraq odlu silah-sursatın saxlanılması, eləcə də qeyri-qanuni satışının həyata keçirilməsinə qarşı mübarizə sahəsində növbəti əməliyyat tədbiri həyata keçirib.
APA TV xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şirvan şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq maddəsinin bir neçə bəndi ilə məhkum olunmuş Murad Axundovun odlu silah satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində M.Axundov Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən kafelərin birində “Revolver” tipli nömrəsi silinmiş tapançanı 1000 manata satmaq istəyən zaman saxlanılıb: “Tanışımda “Revolver” silah var idi. Onu Biləcəridə kafedə 1000 manata satarkən bir yerdə tutulduq”.
Qeyd edilən faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək