İmişlidə güclü dolu yağıb, sakinlərə ciddi ziyan dəyib
Ötən gecə İmişli rayonunun bir neçə kəndinə dolu yağıb. APA TV-nin məlumatına görə, yağıntılar nəticəsində evlərin dam örtüyü zədələnib. Hacıalılar, Qızılkənd, Xəlifəli, Qulubəyli və Aranlı kəndlərində şəxsi təsərrüfatlara, meyvə bağları və əkin sahələrinə xeyli ziyan dəyib.
Dolu yağıntısı Hacıalmuradlı, Xəlfəli və Qızılkənd kəndlərində daha intensiv olub. Kənd sakinlərinin sözünə görə, küləklə müşayiət olunan bu cür yağıntının ilk dəfə şahidi olublar. Kəndlərdə ağaclar aşıb, evin damları, pəncərələri qırılıb. Güclü yağıntı ev quşları arasında tələfata səbəb olub. Bağlarda ağaclar qırılıb, dolu meyvələri tökərək yararsız hala salıb.
Hazırda yağıntıların vurduğu fəsadların aradan qaldırılması üçün rayon icra hakimiyyətinin fövqəladə hallar komissiyası tərəfindən işlər görülür, dəyən ziyan hesablanır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək