Türkiyədə növbəti terror: polis idarəsi partladıldı - YENİLƏNİB
Türkiyədə növbəti terror aktı baş verib. Mardin vilayətinin Midyat qəsəbəsində Polis İdarəsinin qarşısında bomba yüklənmiş avtomobil partladılıb. Daha sonra partlayışı törədən terrorçularla polislər arasında atışma baş verib. Hadisə yerinə çoxlu sayda polis və təcili yardım cəlb olunub. Ətrafda yerləşən dövlət orqanlarının binalarına ciddi ziyan dəyib. Terror aktını PKK terror təşkilatının törətdiyi güman edilir.
İlkin məlumata görə, terror aktı zamanı iki polis əməkdaşı şəhid olub, 20-dən çox şəxs yaralanıb. Yaralıların əksəriyyəti mülki şəxslərdir. Onların əksəriyyətinin vəziyyəti ağırdır.
Qeyd edək ki, ötən gün İstanbul Vəznəçilər bölgəsində də terror aktı törədilib. Terror aktı nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.
OXŞAR XƏBƏRLƏR
15:18
1351
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2304
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2294
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1097
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
724
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
825