Ukraynanı yenidən parçalamaq cəhdləri: daha üç vilayət muxtariyyət istəyir
Ukraynanın Xmelnitsk vilayəti əraziyə muxtariyyət hüququnun verilməsini tələb edir. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, analoji tələbin yaxın vaxtlarda ölkə prezidenti Pyotr Poroşenko və Ali Radanın spikerinə göndəriləcəyi bildirilir.
Bildirilir ki, regional şuranın deputatları rəsmi Kiyevi pərakəndəlik və regional özünüidarə strukturlarında islahatların ləng aparılmasında ittiham edib.
Qeyd edək ki, daha öncə eyni tələblə Kirovoqrad, Jitomir və Odessa vilayət şuralarının üzvləri də çıxış edib, lakin onların bu tələbi cavabsız qalıb.
Ukrayna prezidenti dəfələrlə vilayətlərdə müşahidə olunan mərkəzdənqaçma cəhdlərinin Konstitusiyaya zidd olduğu istiqamətlərində bəyanatla çıxış edib. Prezidentin bəyanatlar verməsi fonunda ayrı-ayrı vilayətlərin onun qarşısında qaldırdığı muxtariyyət tələbini qəbul edəcəyi isə inandırıcı görünmür.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək