Hillari Klinton prezidentliyə rəsmi namizəd olmaq üçün yetərli səs topladı
Hillari Klinton Demokrat Partiyasından prezidentliyə namizəd olmaq üçün yetərli səs toplayıb.
APA-nın "Associated Press"ə istinadən verdiyi məlumata görə, sabiq dövlət katibi 2383 partiya nümayəndəsinin səsini qazana bilib.
Demokrat Partiyasından olan digər namizəd Berni Sandersi 1567 nümayəndə dəstəkləyib. Beləliklə, iyulun 26-28-də Filadelfiyada keçiriləcək qurultayda Hillari Klintonun namizədliyi Demokrat Partiyası tərəfindən rəsmən irəli sürüləcək.
Xatırladaq ki, noyabrda keçiriləcək prezident seçkilərində partiyanın rəsmi təmsilçisi olmaq üçün demokrat namizəd partiya nümayəndələrinin 2383 səsini qazanmalı idi.
OXŞAR XƏBƏRLƏR
15:18
1389
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2342
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2329
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1098
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
724
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
826