İŞİD-in qətlə yetirdiyi insanların daha bir kütləvi məzarlığı aşkarlandı
Son günlərədək İŞİD-in alınmaz qalası hesab olunan İraqın Fəlluca şəhərində 400-dən artıq insanın dəfn edildiyi kütləvi məzarlıq aşkarlanıb.
APA TV-nin məlumatına görə, ilkin araşdırma zamanı kütləvi məzarlıqda tapılan meyitlərinin əksəriyyətinin İraq ordusunun əsgərlərinə aid olduğu ortaya çıxıb.
Məzarlıqda İŞİD tərəfindən öldürülən əsgərlərlə yanaşı, çox sayda mülki şəxsin də meyiti var. İraq rəsmiləri kütləvi qətlin 2014-cü ilin sonlarında həyata keçirildiyini güman edir.
Qeyd edək ki, Fəlluca şəhərinin bir hissəsi iki gün əvvəl İraq ordusunun nəzarətinə keçib. Şəhərin İŞİD-dən təmizlənməsi üçün əməliyyatlar davam edir.
OXŞAR XƏBƏRLƏR
15:18
1421
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2374
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2360
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1100
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
727
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
828