Mark Zukerberqin sosial şəbəkələrdəki hesabları ələ keçirildi - HAKER HÜCUMU
Hakerlər “Facebook”un təsisçisi Mark Zukerberqin sosial şəbəkələrdəki akkauntlarını sındırıblar.
APA TV-nin məlumatına görə, “Ourmine” haker qrupu Zukerberqin "İnstragram", "Twitter", "Linkedln" və "Pinterest" sosial şəbəkələrindəki hesablarını ələ keçirib.
Qrup bu barədə “Facebook” təsisçisinin “Twitter” hesabında məlumat yayıb. Məlumatda Zukerberq hakerlərlə əməkdaşlığa dəvət olunur. Qısa müddət sonra səhifədən bu məlumat silinib.
BBC telekanalı Zukerberqin son dörd ildə öz “Twitter” hesabından istifadə etmədiyini bildirir. Onun "İnstagram"dakı cəmi 30 foto yerləşdirilmiş səhifəsinin ələ keçirildiyini hələ dəqiqləşdirmək mümkün olmayıb.
Xatırladaq ki, hakerlər dörd il əvvəl "Linkedln" şəbəkəsinin təhlükəsizlik sistemini sındırmağa müvəffəq olmuşdular. O zaman 117 milyon parolu ələ keçirən haker qrupu sonradan onları qara bazarda satışa çıxarmışdı.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək