Cəlilabad sakini sərxoş qonşusunu söyüş söydüyünə görə ÖLDÜRÜB!
Cəlilabadda qətl hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə saat 23.00 radələrində rayonun Göytəpə şəhərindəki Savalan küçəsində qeydə alınıb. Şəhər sakini, 39 yaşlı Pərviz Mirağa oğlu Bayramov şəxsi münaqişə zəminində qonşusu, 37 yaşlı Nizar Rahil oğlu Diniyevi özünə məxsus mənzilində bıçaqlayaraq qətlə yetirib. Rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cinayəti törətmiş şəxsi yaxalayıblar. İstintaqa verdiyi ifadəsində Pərviz Bayramov qanlı olayın qətlə yetirilən Nizarın sərxoş vəziyyətdə onların evinə gələrək, dava-dalaş salmaqla onun ünvanına söyüşlər söyməsi səbəbindən baş verdiyini bildirib. Buna görə, Pərviz mətbəx bıçağı ilə qonşusunu öldürüb. Faktla bağlı Cəlilabad Rayon Prokurluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayyət işi açılıb, araşdırma aparılır.
Bu həftənin sonunda Göytəpə şəhərində baş verən ikinci bıçaqlanma hadisədir.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"