31 yaşlı Zaqatala sakinini ilan sancdı
Zaqatalada 31 yaşlı kişini ilan sancıb.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-yə verilən məlumata görə, iyunun 4-ü axşam saatlarında rayonun Lahıc kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədəli Həsən oğlu Məmmədov ilan sancması xəsarəti ilə xəstəxanaya daxil olub.
Məmmədəli Məmmədov hadisəni belə xatırlayır: "Ot yığırdım, çardaqdakı köhnə otu boşaldırdım. Otun içinə qolumu qoydum, o an ilan sancdı. Qolumu tez çəkdim, ilan qaçdı. Tez xəstəxanaya gəldim, zəhər əleyhinə zərdab vuruldu. Şükür, indi yaxşıyam".
Həkim müayinəsi zamanı məlum olub ki, ilan M.Məmmədovun sol qolunun bilək nahiyəsindən sancıb. Xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilən M.Məmmədova lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub.
M.Məmmədovun vəziyyətinin orta-stabil olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək