Medvedyevdən prezident İlham Əliyevə TƏBRİK
Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
APA-nın məlumatına görə, məktubda bele deyilir: “Sizi prezident seçkilərində qələbə münasibətilə təbrik edirəm. Seçki kampaniyası bir daha təsdiq edib ki, Azərbaycan vətəndaşları Sizin ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, irimiqyaslı sənaye və infrastruktur layihələrinin həyata keçirilməsinə yönəlmiş xəttinizi tamamilə dəstəkləyirlər.
Biz ənənəvi Rusiya-Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk. Əminəm ki, səmərəli ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi Rusiya və Azərbaycan xalqlarının köklü maraqlarına tam mənada cavab verir.
Hörmətli İlham Heydər oğlu, Sizə məsul fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayıram”.
OXŞAR XƏBƏRLƏR
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı