Yerli çay niyə bahadır?
Lənkəranda yaşıl çay yarpağı yığımının son mərhələsi başlayıb. APA TV-nin məlumatına görə, plantasiyalarda maydan başlayaraq, mərhələlərlə aparılan yığım artıq yekunlaşmaq üzrədir. Bu il məhsulun bol olması və sayca 10-cu dəfə yığımın həyata keçirilməsi plantasiyalarda tətbiq olunan düzgün aqrotexniki qulluğa görədir. Son yığım başa çatdıqdan sonra çay plantasiyalarını yeni mövsümə hazırlamaq məqsədilə aqrotexniki tədbirlər davam etdiriləcək.
Fermerlər çay bitkisinin əkildiyi vaxtdan 6-8 il sonra bar verməsini nəzərə alaraq, bu sahəyə uzunmüddətli kreditlərin verilməsini vacib sayır. Çaybecərənlərin qayğıları bununla bitmir. Bu sahəyə aid mini texnikaların olmaması məhsulun əl əməyi vasitəsilə yığılması zərurətini yaradır. Bu isə məhsul yığımının gecikməsinə və əlavə vəsaitin xərclənməsinə səbəb olur.
Rayon İcra Hakimiyyətinin "Aqrar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Hikmət Gözəlovun verdiyi məlumata görə, artıq texnika problemi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə müraciət olunub. Yaxın illərdə müəyyən texnikanın ölkəyə gətirilməsi nəzərdə tutulub. Fermerlər onu da bildirib ki, çayın satış qiyməti də fermerləri qane edir. Lakin çay yığımı zamanı əlavə xərclərin artması maya dəyərini artırır. Bu da bazara çıxarılan yerli çayın qiymətinin digər çaylarla müqayisədə artmasına gətirib çıxarır. Qiymətin artması isə yerli çayın alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Hazırda alıcılara yerli çayın 4 növü təklif olunur. Növündən asılı olaraq 1 kiloqram çayın qiyməti 20-50 manat arası dəyişir.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"