Neftin qiyməti 50 dolları keçdi
Dünya bazarında neftin qiymətində bahalaşma davam edir. APA TV-nin məlumatına görə, birjalarda "Brent" markalı neftin qiyməti 50,10 dollar təşkil edib.
Qərbi Texas neftinin də qiyməti ötən günə nisbətən bahalaşıb. WTİ nefti hazırda 49,23 dollardan təklif olunur.
Qeyd edək ki, ötən gün OPEK-in Vyanada keçirilən toplantısında kartel ölkələri neftin hasilatı ilə bağlı razılığa gələ bilməyiblər. Üzv ölkələr bu məsələdə öz maraqlarına uyğun siyasəti davam etdirəcəklərini açıqlayıb. Razılaşma əldə olunmasa da, gözlənilənlərin əksinə olaraq, bu gün neftin qiymətində bahalaşma var.
OXŞAR XƏBƏRLƏR
15:18
1435
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2388
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2375
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1102
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
729
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
831