Almaniya "erməni soyqırımı"nı tanıdı
Almaniya Bundestaqında uydurma “erməni soyqırımı”nın tanınmasının nəzərdə tutan qətnamə layihəsi qəbul edilib.
APA-nın xəbərinə görə, qətnamə “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır. Qəbul olunan qanun layihəsində Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yönəlmiş cəhdlərin siyasi və maddi olaraq dəstəklənməsinin vacibliyini önə çəkilib, 1915-ci il hadisələrinin baş verməməsi üçün Almaniyanın o dövrdəki hökumətinin susqunluq nümayiş etdirməsi qınanıb.
Qanun layihəsini parlamentə Yaşıllar Partiyasının üzvləri təqdim edib. Bundestaqda təmsil olunan bütün partiyalar, o cümlədən Angela Merkelin rəhbərlik etdiyi koalisiyanın üzvləri qanun layihəsini dəstəkləyiblər.
OXŞAR XƏBƏRLƏR
15:18
1435
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2388
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2375
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1102
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
729
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
831