Bulvarda intihar edən şəxs kimdir?
Bakıda özünü dənizə ataraq intihar edən kişinin şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.
Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, dənizdən meyiti tapılan şəxsin gözləri göy, saçı sarı rəngdədir, əynində qara mayka və tünd rəngə cins şalvar olub.
Meyitin üzərinə baxış keçirilərkən bədinin müxtəlif yerlərində döymələr aşkar edilib.
Polis meyiti tapılan şəxsin fotolarını da APA-ya təqdim edib. Onu tanıyanlardan (012) 492-02-02 və (077) 513-10-46 nömrəli telefonlara məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, 30-35 yaşlı kişi ötən gün səhər saatlarında Dənizkənarı Milli Parkda özünü dəniz ataraq intihar edib.
Meyit sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
1440
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2393
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2379
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1103
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
730
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
831