Gəncədə yaşayış evi partladı: 2 yaralı
Gəncədə yaşayış evində partlayış olub. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Heydər Əliyev prospektində, bina 93B, mənzil 5-də qeydə alınıb.
1960-cı il təvəllüdlü ev sahibi Tahir Nərimanov mənzilin vanna otağının işığını yandıran zaman partlayış baş verib. Hadisə zamanı T.Nərimanovun sifəti və əlləri, 1964-cü il təvəllüdlü həyat yoldaşı Asilə Nərimanovanın isə ayaq nahiyəsi yanıq xəsarətləri alıb.
Qadına ambulator yardım göstərilsə də, T.Nərimanov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. Partlayışın vanna otağına qaz sızmasından baş verdiyi bildirilir. Mənzildə yanğın hadisəsi qeydə alınmayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
1440
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2393
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2379
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1103
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
730
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
831