Xırdalanda kişi keçmiş arvadını bıçaqladı
Abşeron rayonunda qanlı hadisə baş verib. APA-nın məlumatına görə, ər keçmiş həyat yoldaşını bıçaqlayıb.
Hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində baş verib. 28 yaşlı Şəbnəm Sərvər qızı Mürşüdova yaşadığı evdə keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı ailə üzlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.
Qanlı hadisə barədə polisə məlumat verilib. Abşeron polisi hadisə yerindən qaçan şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir. Hadisənin səbəbləri aparılacaq istintaq zamanı bəlli olacaq.
Faktla əlaqədar cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
15:18
1440
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2393
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2379
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1103
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
730
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
831