Qaranlıq yoldan keçmək istəyən qadını maşın vurub öldürdü
Bakının Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, hadisə ötən axşam Nəcəfqulu Rəfiyev küçəsində qeydə alınıb. Rzaquliyev Mәhәrrәm İbrahim oğlunun idarə etdiyi "Ford" markalı avtomobillə qadın piyada vurulub. Piyada hadisə yerində ölüb. Hadisə yerinə Dövlət Yol Polisinin, eləcə də, Xətai rayon Polis İdarəsinin əməkdaşları gəliblər. İlkin araşdırmalardan sonra qadının şəxsiyyəti məlum olub. Bu, 58 yaşlı Jarova Svetlana Pavlovnadır. Onun Bakının Bakıxanov qəsəbəsində pasport qeydiyyatında olduğu, Xətai rayonu ərazisində kirayədə qaldığı bildirilir. O, günün qaranlıq saatında Nəcəfqulu Rəfiyev küçəsinin az işıqlandırıldığı hissəsində yolu keçərək, evinə getmək istəyib. Lakin sürətlə gələn "Ford" avtomobili onu vurub. Qadının başı əvvəlcə avtomobilin ön şüşəsinə, sonra isə ban hissəsinə dəyib.
Xәtai Rayon Polis İdarəsinin müstәntiqi Azad Әliyevin APA TV-yə verdiyi məlumata görə, hadisənin törədildiyi avtomobil cərimə meydançasına aparılıb və faktla bağlı araşdırmalar başlayıb. Sürücü tibbi müayinədən keçirilib və avtotexniki ekspertiza təyin edilib.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"