Polşanın müdafiə naziri: "Rusiyanı dayandırmaq üçün NATO-nun bir batalyonu kifayətdir"
"NATO-nun Polşada bircə batalyonu Rusiyanın potensial təcavüzünün qarşısını almağa kifayət edir". APA TV-nin məlumatına görə, bu açıqlamanı "Defense News"a müsahibəsində Polşanın müdafiə naziri bildirib.
Antoni Matsareviç vurğulayıb ki, əgər toqquşma baş verərsə, həmin batalyon hücumu dayandırmaq barədə qətiyyən düşünməməli, əksinə, davam etməlidir.
"Yalnız bu halda Rusiya təcavüzünün qarşısı alına bilər. Bu, həm də əks-hücumlar təşkil etmək üçün vaxt udmaq deməkdir", - deyə o əlavə edib.
Nazir bildirib ki, NATO qoşunlarının ölkəsinin hansı ərazisində yerləşdirilməsi hələ müzakirə edilir.
Qeyd edək ki, ABŞ hərbçilərindən ibarət batalyonlar 300-800 arası əsgərlərdən təşkil olunur.
OXŞAR XƏBƏRLƏR
15:18
1501
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2455
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2442
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1105
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
732
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
833