Ən məzəli şəhərin “Şəhər Günü”
Şəki şəhərinin 2701 illik yubleyini qeyd etmək üçün bu gün “Şəhər Günü”nə həsr olunmuş bayram tədbirləri keçirilib. Tədbirin məqsədi Şəkinin tarixini, mədəniyyətini, folklorunu, sənətkarlıq nümunələrini, etnoqrafiyasını, mətbəxini daha geniş təbliğ və nümayiş etdirməkdir.
Bayram iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzərək xatirəsini ehtiramla yad ediblər.
Bayramın təntənəli açılış mərasiminə şəhərin mərkəzində - Azadlıq meydanından start verilib. Dövlət Neft Şirkətinin nəfəsli alətlər orkestrinin və Şəkidə fəaliyyət göstərən musiqi məktəbləri kolektivlərinin iştirakı ilə musiqi və rəqs nömrələri nümayiş etdirilib. Tədbir iştirakçıları burada kitab və fotosərgilərlə tanış olub, “Şəhər ritmləri” adlı fləşmobu izləyiblər.
Sonra tədbir şəhərin “Yuxarıbaş” Tarix Memarlıq Qoruğunun ərazisində Şəki Xan sarayının həyətində davam etdirilib. Bayram iştirakçıları Şəki sənətkarlarının əl işlərindən ibarət sərgilərlə tanış olub, pəhləvan və kəndirbazların çıxışlarını izləyiblər.
Şəhər Günü tədbiri rəngarəng konsert proqramı və bayram atəşfəşanlığı ilə başa çatıb.
OXŞAR XƏBƏRLƏR
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı