Gəncədə sərnişin avtobusu qəza törətdi, yaralanan var
Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Şəhərdə 11 saylı marşrut xətti üzrə sərnişin daşıyan “İsuzu” markalı avtobus, “Ford” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Qəza zamanı bir nəfər, 1959-cu il təvəllüdlü Azadxan İsmayılov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
1525
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2475
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2465
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1108
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
734
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
835