Neft yenidən ucuzlaşmağa başlayır
Dünya bazarında neftin qiyməti ucuzlaşmağa başlayıb. APA TV-nin məlumatına görə, birjalarda həftənin ilk hərracında "Brent" markalı neftin qiyməti 49,95 dollar olsa da, sonradan bu rəqəm 49,70 dollaradək geriləyib. Qərbi Texas nefti də uzun müddətli stabillikdən sonra dəyərini itirməkdədir. WTİ nefti hazırda 49,16 dollardan təklif olunur.
Ekspertlərin fikrincə, OPEK-in iyunun 2-nə nəzərdə tutulan görüşü neftin qiymətinə neqativ təsir göstərə bilər. OPEK toplantısında quruma üzv ölkələrdə hasilat səviyyəsini azaltmaq məsələsinin müzakirəsi gözlənilir, amma toplantıdan öncə verilən açıqlamalar göstərir ki, bu barədə qərarın qəbulu ehtimalı sıfıra bərabərdir. OPEK toplantısından müvafiq qərar çıxmasa, bu, neftin qiymətinə neqativ təsir göstərə bilər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək