ABŞ prezidentliyinə ilk rəsmi namizədin adı açıqlandı
Heri Conson ABŞ prezidentliyinə ilk rəsmi namizəd olub
Birləşmiş Ştatlar prezidentliyinə ilk rəsmi namizədin adı məlum olub.
APA TV-nin "Vesti.ru"ya istinadən xəbərinə görə, 10 faizlik səs göstəricisi ilə Libertarian partiyanın namizədi Heri Conson rəsmən Ağ evin rəhbəri olmağa iddiasını ortaya qoyub.
Sözü gedən partiya qalib gələcəyi təqdirdə ABŞ-da azad iqtisadiyyat və sərbəst beynəlxalq ticarət, vətəndaş hüquq və azadlıqları və digər dövlətlərin daxili işlərinə müdaxilə edilməməsi kimi siyasi kurs irəli sürəcəyini açıqlayıb.
Qeyd edək ki, Respublikaçı Donald Tramp və demokratların namizədi Hillari Klinton noyabrda keçiriləcək seçkilərin əsas favoritləri hesab olunur. Bununla belə, Heri Consonun da seçkilərdə uğur qazanmağa müəyyən şanslarının olduğu iddia edilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək