Lerikdə dəhşətli cinayət: atanı baltaladılar, oğlunun qulaqlarını kəsdilər
Lerikdə dəhşətli cinayət törədilib. APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Veri kəndində kənd sakini, 72 yaşlı Hüseyn Əbil oğlu İsiyevin yaşadığı evə hücum edilib. Hücum edən bir qrup şəxs ona balta ilə xəsarət yetirib, oğlu, 42 yaşlı Rəfael İsiyevin isə balta ilə hər iki qulağını kəsiblər. Hər iki zərərçəkmiş Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Zərərçəkmiş şəxslərin sözlərinə görə, onlara hücum edənlər qohumları - Zamin, Şahrza və Bəybala İsiyevlər və qonşuları Şulduz, Eldost və Sakit Əliyev qardaşları olub. Adıçəkilən şəxslər ötən gün ot üstündə dalaşıblar.
Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
OXŞAR XƏBƏRLƏR
15:18
1525
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2475
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2465
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1108
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
734
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
835