Sabahdan ölkə ərazisində qızmar istilər başlayır - PROQNOZ
Mayın 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi günün ikinci yarısında müalyim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 16-19 dərəcə isti, gündüz 28-33 dərəcə isti, Bakıda gecə 17-19 dərəcə isti, gündüz 30-32 dərəcə isti olacaq.
Mayın 29-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 15-20 dərəcə isti, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək