Bakıda körpə qardaş-bacı diri-diri yandı - DƏHŞƏT
Bakıda yanğın hadisəsi baş verib. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 62 kvadratmetr olan ikiotaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 24 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibinin övladları - 2007-ci il təvəllüdlü Nərgiz Pərviz qızı Bəşirova və 2011-ci il təvəllüdlü Murad Pərviz oğlu Bəşirov yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. N. Bəşirova xəstəxanaya aparılan zaman yolda vəfat edib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
OXŞAR XƏBƏRLƏR
15:19
327
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
360
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1152
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1115
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
12:38
1108
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
12:22
410