Körpə qızını işgəncə ilə öldürən ataya HÖKM OXUNDU
Səudiyyə Ərəbistanda körpə qızını döyərək işgəncə verən və ölümünə səbəb olan atasına hökm oxunub. Qatil ataya 8 il həbs və 600 qırmanc cəzası verilib. Məhkəmənin qərarı insan haqları müdafiəçilərinin narazılığına səbəb olub.
Hadisə ötən il baş verib. 5 yaşlı Lama el-Hamdi atası tərəfindən möhkəm döyülüb, təcavüzə və işgəncəyə məruz qalıb. Başı əzilmiş, qabırğaları qırılmış, əl barmaqlarından birinin dırnağı çıxarılmış qızın zopa və elektrik naqilləri ilə döyüldüyü məlum olub. Bədənində yanıq izləri də olan qız xəstəxanaya çatdırılıb, ancaq 7 aylıq müalicə nəticə verməyib. Körpə qızı həyatda saxlamaq mümkün olmayıb.
Səudiyyə Ərəbistanında bir kişinin qızını və arvadını öldürməsinə görə ölüm hökmü verilmir. Qatil kişi "qan pulu" ödəyərsə, cəzası daha da yüngülləşir, ömürlük həbsdən də xilas olur. Lamanın anasına da "qan pulu" verilib. Ərindən ayrı yaşayan qadın əvvəlcə pulu almaqdan imtina etsə də, sonradan fikrindən daşınıb. O, digər uşaqlarına baxa bilmək üçün 50 min dolları qəbul etdiyini bildirib.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"