Aeroport yolunda zəncirvari qəza: 5 yaralı
Bakının Sabunçu rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə aeroport yolunda qeydə alınıb.
Zəncirvari qəzada "Chevrolet", "Mercedes" və "Jiquli" markalı avtomobillər toqquşub. Hadisə yerinə Dövlət Yol Polisinin (DYP) əməkdaşları ilə yanaşı, təcili yardım briqadaları cəlb olunub. Polis aeroport yolunun bir hissəsi təhlükəsizliyə görə bağlayıb. Daha sonra təcili yardım maşınları yaralıları hadisə yerindən götürərək yaxınlıqdakı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.
Xəstəxanadan verilən məlumata görə, qəzadan sonra xəstəxanaya gətirilən 1967-ci il təvəllüdlü Leyla Teymur qızı Hüseynova, 1995-ci il təvəllüdlü Nərgiz Çingiz qızı Hüseynova, 1989-cu il təvəllüdlü Bəxtiyar Süleyman oğlu Qocayev, 1990-cı il təvəllüdlü Zamin Ruslan oğlu Orucov və 1989-cu il təvəllüdlü Fuad Oqtay oğlu Şirinova dərhal müdaxilə edilib. Hazırda onların həyatı üçün təhlükə yoxdur.
Hadisə yerində çalışan yol polisi əməkdaşlarının verdiyi məlumata görə, qəzaya ilkin səbəb kimi yola dağılan avtomobil yağı göstərilir. Belə ki, aeroport yolunun Bülbülə kəndinə dönən hissəsində yolun sol zolağına dağılan maşın yağı nəqliyyat vasitələrinin sürüşərək zəncirvari qəza törətməsinə səbəb olub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək