Neftin qiyməti 50 dolları keçdi
Dünya bazarında neftin qiyməti kəskin şəkildə bahalaşıb. APA TV-nin məlumatına görə, uzun müddətdən sonra "Brent" markall neftin qiyməti 50 dollarlıq psixoloji həddi keçib. Birjaların səhər seanslarında "Brent" neftinin bir bareli 50,12 dollardan satılır ki, bu da 2016-cı ildə qeydə alınan ən yüksək qiymətdir. Qərbi Texas nefti də dəyər qazanmaqdadır. Hazırda WTİ neftinin bir bareli 49,91 dollardan təklif olunur. Bu, WTİ neftinin illik maksimum qiyməti hesab olunur.
Neftin bahalaşmasına ABŞ-ın neft ehtiyatlarının azalmasına dair hesabat səbəb olub. Ötən bir həftə ərzində ölkənin kommersiya neft ehtiyatları 4,226 milyon barel azalaraq 537 milyon barelə çatıb. Treyderlər növbəti həftəyə kimi qiymət diapazonunun artan xətt üzrə inkişaf edəcəyini proqnozlaşdırırlar.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək