Tovuzda polis maşını iki avtomobillə toqquşdu - ZƏNCİRVARİ QƏZA
Tovuzda zəncirvarı qəza baş verib, biri avtobus olmaqla 3 avtomobil toqquşub. Rayon Polsi Şöbəsindən APA-TV-nın qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax magistralının Tovuz rayonu ərazisindən keçən hissəsində baş verib. Qazax rayonu istiqamətində hərkətdə olan Tovuz rayon sakini, 17 yaşlı Murad Quliyevin idarə etdiyi “VAZ 2107”markalı avtomobil, Gürcüstan vətəndəşı, 47 yaşlı Mehrab Yusubovun idarə etdiyi “Mercedes” markalı sərnişin avtobusu və polis əməkdaşı Vahid Bayramovun idarə etdiyi “Fiat” markalı maşın toqquşub. Nəticədə xəsarət alan “VAZ 2107”-nin sürücüsü Murad Quliyev Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Tovuz rayon Polis Şöbəsində qəzanın baş vermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
15:19
316
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
352
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1150
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1113
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
12:38
1106
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
12:22
408