Gəncədə evləri su basdı
Gəncəçayda suyun səviyyəsinin artması nəticəsində sahildə olan evlərə su dolub. APA TV-nin qərb bürosunun məlumatına görə, son günlər qərb bölgəsində havanın yağmurlu keçməsi başqa çaylarda olduğu kimi, Gəncəçayda da suyun səviyyəsini artırıb.
Su çayın sol sahilində olan torpaq bəndi yuyub və bir neçə evin həyət və zirzəmilərinə su dolub. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları suyu xüsusi qurğularla çəkirlər.
Gəncə şəhər İcra Hakimiyyəti Aparatından verilən məlumata görə, artıq çayın sahilində olan bənddə bərkidilmə işləri aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
1601
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2555
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2541
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1110
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
736
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
838