Ukrayna prezidenti Nadejda Savçenkonun ardınca təyyarə göndərdi
Rusiyada həbsdə olan pilot, baş leytenant, Ali Radanın deputatı, Ukrayna Qəhrəmanı Nadejda Savçenko bu gün Ukraynada məhkum olunmuş Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) zabitləri Yevgeni Yerofeyev və Aleksandr Aleksandrovla dəyişdirilə bilər.
APA-nın “İnterfax”a istinadən verdiyi xəbərə görə, Ukrayna prezidenti Pyotr Poroşenkonun təyyarəsi N.Savçenkonu vətənə gətirmək üçün Rusiyanın Rostov şəhərinə yola düşüb.
“Yaxın saatlarda içində Yerofeyev və Aleksandrovun da olduğu prezident təyyarəsi Rostova enəcək. Savçenko artıq Rostovdadır”, - deyə məlumatlı mənbə bildirib. O, elə aeroportda rus hərbçiləri ilə Savçenkonun dəyişdiriləcəyini söyləyib.
Qeyd edək ki, bu gün P.Poroşenko tərəfindən “QRU” əməkdaşlarının əfv olunması gözlənilir.
OXŞAR XƏBƏRLƏR
15:18
1601
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2556
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2541
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1110
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
736
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
838