"Taliban" yeni liderinin kimliyini açıqladı
ABŞ-ın Pakistanda keçirdiyi əməliyyatlar nəticəsində öldürülən “Taliban” lideri Molla Əhtar Mansuru əvəz edəcək şəxsin kimliyi müəyyənləşib.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, terror təşkilatının yeni lideri Molla Heybatullah Axundzadədir. Bu barədə açıqlama yayan “Taliban” Molla Mansurun öldürüldüyünü də ilk dəfə təsdiqləyib. Qəndəharda anadan olan Molla Heybətullah Axundzadə indiyə qədər terror təşkilatı başçısının müavini olub.
Kabildə çoxsaylı terror aktlarının törədilməsində iştirak edən “Hakkani” şəbəkəsinin başçısı Siracuddin Hakkani və bir müddət əvvəl öldürülən “Taliban” rəhbəri Molla Ömərin oğlu Məhəmməd Yaqub onun müavinləri təyin edilib.
Qeyd edək ki, Molla Mansurun içərisində olduğu avtomobil Pakistanın Əfqanıstanla sərhədində vurulub. O, 2015-ci ildə terror təşkilatının başçısı seçilib. “Taliban”ın yaradıcısı Molla Ömər Məhəmməddir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək