Şəhid hərbçilərin medalları Qazaxda ailə üzvlərinə təqdim edildi
Azərbaycan Ordusunun ötən ayın əvvəlində cəbhədə ermənilərlə döyüşlərdə şəhid olan hərbçilərinin təltif olunduğu medalların Qazax rayonunda ailə üzvlərinə təqdim olunması mərasimi keçirilib.
APA TV-nin qərb bürosunun məlumatına görə, tədbirdə rayon ictimaiyyətinin, Müdafiə Nazirliyinin nümayəndələri, şəhid hərbçilərin yaxınları, hərbçi yoldaşları iştirak edib.
Yuxarı Salahlı kəndində anadan olmuş 26 yaşlı Elvin Namazovun təltif olunduğu "Vətən uğrunda", Fərəhli kəndində anadan olmuş 32 yaşlı kapitan Mühid Orucovun təltif edildiyi "İgidliyə görə" medalı və 20 yaşlı əsgər Orxan Əliyevin təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ailə üzvlərinə təqdim olunub.
OXŞAR XƏBƏRLƏR
15:18
1611
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2565
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2552
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1112
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
738
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
840