Türkiyədə yeni hökumətin tərkibi açıqlandı
Türkiyənin yeni, 65-ci hökumətinin tərkibi açıqlanıb. APA-nın xəbərinə görə, yeni baş nazir Binali Yıldırım bu gün prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiqlənən siyahını elan edib.
Yeni Nazirlər Kabinetinin tərkibi aşağıdakı kimidir:
Baş nazirin müavinləri - Nurəddin Canikli, Mehmet Şimşək, Numan Kurtulmuş, Toğrul Türkeş, Veysi Kaynak
Xarici işlər naziri - Mövlud Çavuşoğlu
Avropa Birliyi naziri - Ömər Çelik
Ədliyyə naziri - Bəkir Bozdağ
Nihat Zeybəkçi - iqtisadiyyat naziri
Fikri İşıq - müdafiə naziri
Berat Albayrak - enerji və təbii ehtiyatlar naziri
Əfqan Ala - daxili işlər naziri
İsmət Yılmaz - təhsil naziri
Fatma Betül Kaya - ailə və sosial siyasət naziri
Faruk Özlü - elm, sənaye və texnologiya naziri
Süleyman Soylu - əmək və sosial müdafiə naziri
Mehmet Özhaseki - ekologiya və şəhərsalma naziri
Akik Çağatay Kılıç - gənclik və idman naziri
Faruk Çelik - qida, kənd təsərrüfatı və heyvandarlıq naziri
Bülənt Tüfəkçi - gömrük və ticarət naziri
Lütfü Əlvan - inkişaf naziri
Nabi Avcı - mədəniyyət və turizm naziri
Naci Ağbal - maliyyə naziri
Veysəl Əroğlu - meşəçilik və su işləri naziri
Rəcəb Akdağ - səhiyyə naziri
Əhməd Aslan - kommunikasiya, dənizçilik və rabitə naziri.
Yeni hökumət bu gün parlamentin təsdiqindən keçdikdən sonra rəsmən fəaliyyətə başlayacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək