Bakıda banklara borcu olan iş adamı intihar etdi
Bakıda intihar hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
A.Nemətulla küçəsindəki 79 saylı binanın 48-ci mənzilində yaşayan 54 yaşlı iş adamı Söhbət Afiyəddin oğlu Hacıyev evdə özünü güllələyib. O, “İnteryer-S” MMC-nin direktoru olub.
İlkin məlumata görə, Söhbət Hacıyevin rəhbərlik etdiyi müəssisənin banklara borcu olub. Bir müddət əvvəl şirkət hazırda fəaliyyət göstərməyən banklardan birini kredit borcunun ləğv edilməsi ilə bağlı məhkəməyə də veribmiş. İş adamının intiharına borclarının səbəb olduğu ehtimal edilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
1619
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2575
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2561
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1113
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
740
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
842