Tovuzda şəhid gizirin medalı ailəsinə təqdim olundu
Aprel döyüşlərində qəhrəmanlıq göstərib düşmənin 10-dan artıq hərbçisini məhv edərək şəhid olan gizir Mirsalam Cəfərovun prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra təltif edildiyi "İgidliyə görə" medalı bu gün ailəsinə təqdim olunub.
APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, bu münasibətlə Tovuzda keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov, Müdafiə Nazirliyinin rəsmisi polkovnik Abdulla Qurbani, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxış edənlər tovuzlu gəncin döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan və qorxmazlığından söz açıblar. Valideynləri belə qəhrəman övlad böyütdükləri üçün fəxr etdiklərini bildiriblər. Qəhrəman gizirin medalı atası Təvəkkül Cəfərovun yaxasına sancılıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək