Gəncədə qənnadı fabrikində yanğın oldu
“Gəncə Qənnadı” ASC-nin binasında yanğın baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, yanğın 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən anbarda qeydə alınıb.
Otağa yığılan tullantı plastik kütlələrin alışması nəticəsində 50 kvadratmetr sahə yanaraq yararsız hala düşüb. Hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.
Tez bir zamanda alov söndürülüb və onun başqa otaqlara keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğın elektrik naqillərində yaranan qısaqapanma nəticəsində baş verib.
Qeyd edək ki, iki il öncə də “Gəncə Qənnadı” ASC-nin inzibati binasında yanğın qeydə alınmışdı.
OXŞAR XƏBƏRLƏR
15:18
1619
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2575
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2561
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1113
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
740
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
842