Tovuzda iki qardaşın da üzvü olduğu oğru dəstəsi yaxalandı
Tovuzda mənzil və obyektlərdən oğurluq edən 3 nəfər saxlanılıb. APA TV-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini Qabil Babayev Tovuz rayon Polis şöbəsinə müraciət edərək mənzilindən müxtəlif əşyaların oğurlandığını bildirib.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri - 38 yaşlı Sahib İsmayılov, həmyaşıdı Samir Məmmədov və onun qardaşı 41 yaşlı Elşad Məmmədov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, onlar aprel-may ayları ərzində Tovuz şəhərində 4 evə, Aşağı Quşçu kəndində isə tikinti materialları satılan obyektə 2 dəfə daxil olaraq 6 min manatdan çox ziyan vurublar.
Saxlanılan şəxslər evlərdən, obyektdən götürdükləri bahalı əşyaları satıb gündəlik qazanc əldə etdiklərini bildiriblər.
Qeyd edək ki, saxlanılan şəxslər əvvəllər də eyni əmələ görə məhkumluq həyatı yaşayıblar.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq gedir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək