Koreyalı həkimlər məcburi köçkünləri müayinə edib
Koreya Respublikasının Azərbaycandakı səfirliyi və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə koreyalı həkimlər xocavəndli məcburi köçkünləri müayinə edir.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Kyung Hee Universitetinin Bakıda SEBA Assosiasiyasının nəzdində fəaliyyət göstərən Koreya Şərq Təbabəti Klinikasının koreyalı həkim və fizioterapevtləri Beyləqan rayonu ərazisində yerləşən 500 ailəlik Xocavənd qəsəbəsində əzələ və oynaq xəstəliklərindən əziyyət çəkən məcburi köçkünlərə könüllü tibbi xidmət göstərir.
Xocavəndli köçkünlər Koreya Şərq təbabəti üsulları ilə müalicə olunur, dərman preparatları ilə təmin olunur. “Sabaha sağlam ruhla” adlı aksiyada Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-gyu və Koreya Şərq Təbabəti Klinikasının baş həkimi Zərifə Quliyeva da iştirak edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək