Bakıda güclü külək əsəcək, yağış yağacaq
Bakı və Abşeron yarımadasında mayın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 18-23, Bakıda gecə 13-15, gündüz 20-22 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında mayın 20-də şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə lokal xarakterli olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16, gündüz 19-24, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR
15:18
1711
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2672
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2653
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1119
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
746
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
847