Gəncədə azyaşlılar evlərini yandırdılar
Gəncə şəhərində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA-TV-nın qərb bürosuna verilən məlumata görə, hadisə şəhərin Məhsəti qəsəbəsində, Rumin Mehdiyevə məxsus evdə qeydə alınıb. Oktyabrın 10-da saat 8.15 radələrində başlayan yanğın təxminən 30 dəqiqəyə söndürülüb. Alovu söndürmək üçün hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib. Ümumi sahəsi 50 kvadratmetr olan evin iki otağı içərisində olan əşyalarla birlikdə yanıb. Hadisə zamanı xəsarət alan olmayıb. İdarədən verilən məlumata görə, yanğın baş verən zaman evdə azyaşlılar olub. Yanğını uşaqların törətdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:19
316
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
352
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1150
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1113
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
12:38
1106
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
12:22
408