Bakıda 47 yaşlı qadını küçənin ortasında bıçaqladılar
Bakıda 47 yaşlı qadın bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində baş verib.
Quba rayon sakini, 1969-cu il təvəllüdlü Bahar Məmmədova Azadlıq prospektində bıçaqlanıb. Qadının səsinə gələn ətrafdakılar onun qan içində olduğunu görüblər. Onlar təcili tibbi yardım briqadası çağırıblar və qadın xəstəxanaya çatdırılıb. Həkimlər Bahar Məmmədovanın döş nahiyəsində bıçaq xəsarətləri aşkarlayıblar.
Hadisə barədə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə məlumat verilib. Faktla bağlı araşdırma aparılır. 47 yaşlı qadını küçənin ortasında bıçaqlayan şəxsin axtarışlarına başlanılıb.
OXŞAR XƏBƏRLƏR
15:18
1711
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2672
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2653
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1119
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
746
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
847