Bakıda cibgirlik edən iki nəfər tutuldu
Daxili işlər orqanları oğurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində bir neçə əməliyyat-axtarış tədbirləri həyata keçirib.
APA TV-nin məlumatına görə, Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən paytaxt ərazisində ictimai nəqliyyatda, insanların sıx olduğu yerlərdə cibgirlikdə məşğul olan 2 nəfərdən ibarət cinayətkar dəstə zərərsizləşdirilib. Keçirilən tədbir zamanı Sumqayıt şəhər sakinləri əvvəllər dəfələrlə məhkum olunmuş - Çingiz Abbasov və Nadir Mirzəyev saxlanılıb. Saxlanılan şəxslərin paytaxt ərazisində ümumilikdə 4 nəfərin pul və qiymətli əşyalarını cibgirlik yolu ilə oğurladıqları sübuta yetirilib.
Qeyd edilən faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Polis əməkdaşları saxlanılan şəxslərin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə müraciət edə bilərlər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək