Xırdalanda ər arvadını bıçaqladı
Ötən gecə Abşeron rayonunda qanlı hadisə baş verib. APA TV-nin məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
46 yaşlı Sevanə Abbasova yaşadığı evdə həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı ailə üzvlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər yaralıda çoxsaylı bıçaq xəsarətlərinin olduğunu bildiriblər.
Hadisə ailə münaqişəsi zəminində baş verib. Gecə vaxtı evə sərxoş gələn əri Sevanə Abbasova ilə mübahisə etməyə başlayıb və bıçaqla ona çoxsaylı zərbələr endirib.
Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar davam edir.
Fərahim Qasımov
OXŞAR XƏBƏRLƏR
15:18
1724
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2686
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2665
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1121
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
748
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
849