Azərbaycan neftinin qiyməti 50 dolları ötdü, bazar canlanır
Birjalarda neftin qiyməti 50 dollara yaxınlaşmaqdadır. APA TV-nin məlumatına görə, bu gün birjaların ilk seanslarında “Brent” markalı neftin bir bareli 49,27 dollardan satılır. Bu, dünənki qiymətlərdən 65 sent bahadır.
Qərbi Texas nefti də dəyər qazanmaqdadır. WTİ markalı neft bu gün 48,23 dollardan təklif olunur. Bu, adı çəkilən markanın 2016-cı ildə ən yüksək qiymətidir.
Daha keyfiyyətli hesab edilən “AzeriLight" nefti isə bir gün 1,20 dollar bahalaşıb. Hazırda “AzeriLight" neftinin bir bareli 50,30 dollardan satılır.
Qiymətlərin bahalaşmasına ABŞ-da neft hasilatının azalması, Asiya bazarında xam neftə tələbatın artması kimi amillər təsir göstərir. Bu gün ABŞ-ın neft ehtiyatlarının həcminə dair növbəti həftəlik hesabat açıqlanacaq. Ekspertlər bu həftə də ehtiyatların həcminin azalacağını proqnozlaşdırırlar.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək