Dövlət başçıları prezident İlham Əliyevi təbrik ediblər
Bir sıra ölkələrin dövlət və hökumət başçıları yenidən prezident seçilməsi münasibətilə dövlət başçısı İlham Əliyevi təbrik ediblər. Azərbaycan prezidentinə zəng vuran Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan seçkilərdə əldə etdiyi inamlı qələbə münasibətilə dövlət başçısını təbrik edib, xalqımızın və dövlətimizin gələcək inkişafı naminə ona ali dövləti fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Türkiyə prezidenti Abdullah Gül və Ukrayna prezidenti Viktor Yanukoviç da dövlət başçısının prezident seçkilərində qalib gəlməsi münasibətilə ilk təbrik edənlər arasında olub. Prezidentlər bu siyasi hadisənin Azərbaycanla münasibətlərin daha da inkişafına təkan verəcəyinə əmin olduqlarını ifadə ediblər.
OXŞAR XƏBƏRLƏR
15:19
316
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
352
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1150
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1113
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
12:38
1106
Media və Yayım Şurası məlumat yaydı: Müsabiqə şərtləri açıqlandı
12:22
408