Qarabağda yaralanan erməni əsgər komadan ayılmayıb
Qarabağda yaralanan erməni əsgər hələ də komadan ayılmayıb. APA TV-nin məlumatına görə, bu barədə Ermənistan mətbuatına ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
Qeyd edək ki, martın 14-nə keçən gecə qoşunların təmas xəttində yaralanan 21 yaşlı Ovannes Poqosyanın vəziyyəti ağır qiymətləndirilir. Nazirlikdən əsgərin başından güllə yarası aldığı, bunun da nəticəsində baş beyinin zədələndiyi və bədənin müxtəlif nahiyələrində müxtəlif dərəcəli sınıqların əmələ gəldiyi bildirilib. Hazırda yaralı əsgər koma vəziyyətindədir və tibbi cihazın köməyi ilə nəfəs alır.
Qeyd edək ki, güllə yarası alan Poqosyanın işğal altındakı Agdərədə müalicəsi mümkün olmadığından, Xankəndinə gətirilib. Məlumatda səhiyyə nazirinin müavini Qagik Miricanyanın Mərkəzi Klinik Hospitalda müalicə olunan əsgərə baş çəkdiyi və onun müalicə prosesi ilə maraqlandığı bildirilib.
Qarabağda yaralanan erməni əsgər komadan ayılmayıb
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək