İmişlidə avtomobil motosikletlə toqquşdu: 2 yaralı
İmişlidə iki nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hadisə günorta saatlarında Heydər Əliyev prospektində qeydə alınıb.
1967-ci il təvəllüdlü Əhmədov Vüqar Firudin oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobillə 1978-ci il təvəllüdlü Fərəcov Asim Mürşüd oğlunun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü və sərnişini, 1971-ci il təvəllüdlü Baloğlanov Sahib Baloğlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
15:18
1798
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2760
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2736
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1125
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
750
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
853