Bakıda qadınlar bankomata hücum etdi
Bakıda iki qadın bankomata hücum edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, mayın 15-də saat 04.00-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki “Bank VTB” ASC-yə məxsus Bakıxanov filialından Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.
Dərhal hadisə yerinə gəlmiş Sabunçu Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən orada quraşdırılmış bankomatın ekran şüşəsinin sındırılması müəyyən edilib. Bankomatın qarşısında dayanmış əllərində daş olan Bakı şəhər sakinləri Almaz Muradova və Elmira Muradova saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil veriliblər.
OXŞAR XƏBƏRLƏR
15:18
1798
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
2760
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
2736
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1125
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
750
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək
12:35
853