Goranboyda 5 nəfərlik oğru dəstəsi ələ keçdi - BİRİ QADINDIR
Goranboyda oğurluqla məşğul olan dəstə üzvləri saxlanılıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara məxsus mənzillərdən, mağazalardan və dövlət müəssisəsindən oğurluq edən 5 nəfərdən ibarət dəstə zərərsizləşdirilib.
Goranboy rayon sakinlərindən ibarət dəstə üzvlərindən biri qadındır. 1981-ci il təvəllüdlü Nurlana Cəfərovadan başqa, 1988-ci il təvəllüdlü Samir Bayramov, onun qardaşı, 1988-ci il təvəllüdlü Kamil Bayramov, 1990-cı il təvəllüdlü Tahir İbrahimov və Samir Alışanov saxlanılıb. Onlar rayonun Muzdurlar kənd poçt şöbəsindən içərisində 441 manat pul və sənədlər olan seyfi aparıblar. Həmçinin Goranboyda və Göygöldə olan 4 mağazanı yararaq oradan müxtəlif ərzaq məhsulları, tütün məmulatları, spirtli içki və POS-terminal aparatı da oğurlayıblar.
Goranboy rayon Polis Şöbəsindən verilən məlumata görə, Nurlana Cəfərova əvvəllər oğurluq etdiyinə görə islah işlərinə cəlb olunub. Dəstə üzvlərindən oğurluq etdiklərinə görə Kamil Bayramov 3 il 6 ay, Samir Bayramov isə 4 il 6 ay məhbus həyatı yaşayıblar.
Faktlarla bağlı Goranboy rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
Dövlət başçısı: Azərbaycan sülh üçün səylərini bundan sonra da davam etdirəcək